Formula 1 İspaniya Qran-Prisi start götürür
Formula 1 mövsümünün altıncı mərhələsi - İspaniya Qran-Prisi start götürür.

Yarış “Barselona-Kataloniya” avtodromunda keçiriləcək.

Ötən həftə İngiltərədə baş tutan beşinci mərhələni gözlənilmədən “Red Bull”un pilotu niderlandlı Maks Ferstappen qazanmışdı. O, qüsursuz sürücülüyü sayəsində, həm britaniyalı Luis Hamiltonu, həm də “Mercedes”dəki tərəfdaşı finlandiyalı Valtteri Bottası üstələyə bilib. İspaniya Qran-Prisi F.Verstappenin gələcəkdə çempionluq uğrunda liderlərlə rəqabət apara biləcəyini bir daha sübut etməlidir.
Koronavirus infeksiyası səbəbindən son iki mərhələni buraxan meksikalı Serxio Peres “Racing Point”in heyətində İspaniya Qran-Prisində mübarizə aparacaq.
Barselona 1991-ci ildən ardıcıl olaraq, Formula 1 yarışlarına ev sahibliyi edir.
İspaniya Qran-Prisində qələbələrin sayına görə, yeddiqat dünya çempionu Mixael Şumaxer rekorda imza atıb - (6 qələbə). Luis Hamilton dörd, finlandiyalı Kimi Raykkonen iki, almaniyalı Sebastyan Fettel və F.Verstappen hərəyə bir dəfə İspaniya Qran-Prisində qalib olublar.

Xəbər 735 dəfə oxundu.