FIDE veteran şahmatçılara maliyyə dəstəyi göstərib
Beynəlxalq Şahmat Federasiyası (FİDE) veteran şahmatçılara maliyyə dəstəyi göstərib.

Azsport.az FIDE-nin rəsmi saytına istinadla xəbər verir ki, veteran şahmatçılara ayrılan illik vəsaitdən daha 21 min avro şahmatın inkişafına töhfə verən veteran idmançılar arasında bölüşdürülüb. Bunların arasında Rusiya, Ukrayna, Almaniya, Argentina, İngiltərə, Bolqarıstan və digər ölkələrin nümayəndələri yer alıb.
Qeyd edək ki, bu ilin aprelində veteran şahmatçılara 35 min avro maliyyə dəstəyi göstərilmişdi.


Xəbər 740 dəfə oxundu.