"Qarabağ" komandasının keçmiş qapıçısı "Konyaspor" klubuna transfer olub
Türkiyənin "Konyaspor" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Superliqa komandası "Ərzurumspor"la müqaviləsi başa çatan İbrahim Şehiçi transfer edib.

Bosniya və Herseqovina yığmasının qapıçısı ilə 3+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, İ.Şehiç "Erzurumspor"a 2018-ci ildə "Qarabağ"dan keçib. O, 2015- 2018-ci illərdə Ağdam təmsilçisinin heyətində çıxış edib.

Xəbər 760 dəfə oxundu.