Blez Matyuidinin “İnter Mayami” komandasına keçidi rəsmiləşib
İtaliyanın “Yuventus” futbol klubundan ayrılan Blez Matyuidinin ABŞ-ın “İnter Mayami” komandasına keçidi rəsmiləşib.

Fransalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti və şərtləri açıqlanmayıb.

MLS təmsilçisinin sahibi əfsanəvi ingilis futbolçu Devid Bekhemdir.

Qeyd edək ki, Fransa millisinin heyətində 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olan 33 yaşlı yarımmüdafiəçi 2017-ci ildə “Paris Sen-Jermen”dən “Yuventus”a keçmişdi.

Xəbər 802 dəfə oxundu.