"Səbail" klubu qapıçısı Aleksandr Rıbka ilə yollarını ayırıb
Bakının "Səbail" klubu futbolçusu Aleksandr Rıbka ilə yollarını ayırıb.

Ukraynalı qapıçıya xidmətlərinə görə təşəkkür edən "Səbail" rəhbərliyi ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2019-cu ilin yanvarından "Səbail"in formasını geyinən 33 yaşlı qolkiperin Bakı klubu ilə 1 illik müqaviləsi qalmışdı.

Xəbər 740 dəfə oxundu.