MHL-də həlledici mərhələnin görüşləri davam edir
Milli Hokkey Liqasında (MHL) həlledici mərhələnin görüşləri keçirilir.

Torontoda keçirilən “Boston Bruins” –“Karolina Harrikeyns” qarşılaşması gərgin mübarizə ilə yadda qalıb. Hər 3 periodda tərəflər hərəyə bir dəfə fərləniblər. Nəticədə görüşün əsas vaxtı 3:3 hesablı heç-heçə başa çatıb. Overtaymda isə “Boston Bruins” qələbə qolunu vurmağa nail olub.

Beləliklə, 4:3 hesabı ilə qalib gələn “Boston Bruins” seriyada ilk qələbəsini qazanıb.

Bu arenada keçirilən digər matçda “Vaşinqton Kapitals” klubu “Nyu-York Aylenders” ilə üz-üzə gəlib. Matçın gedişində paytaxt klubu 2:0 hesabı ilə önə keçib. Amma qalan vaxtda Nyu-York komandası ardıcıl 4 qol vuraraq əzmkar qələbə qazanıb. Bu, “Nyu-York Aylenders”in seriyada ilk qələbəsidir.

Xəbər 747 dəfə oxundu.