Millimizin sabiq voleybolçusu Braziliya klubu müqaviləsini yeniləyib
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının sabiq oyunçusu Polina Rəhimova Braziliya klubu ilə müqaviləsini yeniləyib.

Voleybolçu “Sesi” klubu ilə birillik müqavilə imzalayıb.

2020/2021-ci il mövsümündə də “Sesi Bauru”da oynayacaq P.Rəhimova ötən çempionatda bu komandanın liderlərindən birinə çevrilib. O, Super Liqanın sonuncu mövsümünün ən məhsuldar oyunçusu olub. Voleybolçumuz 428 xal (orta hesabla hər setə 5,28) toplayaraq bütün rəqiblərini arxada qoyub.

Xəbər 729 dəfə oxundu.