“Qarabağ”–“Sileks” matçını idarə edəcək hakimlər müəyyənləşib
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Qarabağ”–“Sileks” oyununun hakimləri müəyyənləşib.

Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Yaroslav Kozık olacaq. Ona yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”–“Sileks” matçı saat 20:00-da start götürəcək.

Xəbər 693 dəfə oxundu.