“Trabzonspor” heyətinə braziliyalı müdafiəçi cəlb edib
Türkiyənin “Trabzonspor” futbol klubu heyətinə braziliyalı müdafiəçi cəlb edib.

Super Liqa təmsilçisi Braziliyanın “Fluminense” klubunun 23 yaşlı müdafiəçisi Marlon Xavieri icarəyə götürüb. Braziliyalı futbolçu ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017-ci ildən “Fluminense”nin futbolçusu olan M.Xavier son mövsümü icarə əsasında “Boavista”da keçirib. Müdafiəçi ötən mövsüm ərzində keçirdiyi 27 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Xəbər 711 dəfə oxundu.