Belçikalı velosipedçi Fransada qələbə qazanıb
Yetmiş üç illik tarixi olan “Kriterium Dofine” seriyalı veloyarışda 157 velosipedçi mübarizə aparıb. Fransanın Dofine şəhəri və Rona bölgəsi arasında olan, ümumi məsafəsi 817 kilometr təşkil edən turnirin ilk mərhələsi yekunlaşıb.

218.5 kilometr uzunluğu olan ilk mərhələdə belçikalı idmançı qalib gəlib. “Cumbo-Visma” komandasının üzvü Vaut van Art 5 saat 27 dəqiqə 42 saniyə ilə finiş xəttini hamıdan birinci keçib.

Van Art dünya reytinq sıralamasında 67-ci pillədədir. İkinci yerdə Cənubi Afrika Respublikasından olan Deril İmpi qərarlaşıb. İlk üçlüyü isə kolumbiyalı Eqan Bernal tamamlayıb. Beş mərhələdən ibarət yarışın ikinci turu avqustun 13-də keçiriləcək.

“Kriterium Dofine” seriyalı yarış Dünya Turunun tərkib hissəsidir və Fransanın “Tur de Frans” veloyürüşünə hazırlıq xarakteri daşıyır.

Veloyarışa avqustun 16-da yekun vurulacaq.

Xəbər 677 dəfə oxundu.