İsveçrə millisinin sabiq müdafiəçisi Stefan Lixtştayner karyerasını bitirib
"Yuventus”un və İsveçrə millisinin sabiq müdafiəçisi Stefan Lixtştayner karyerasını bitirib.

Bu barədə İsveçrə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. O, 36 yaşında karyerasını başa vurub.

Qeyd edək ki, Lixtştayner 2011-2018-ci illərdə “Yuventus”un heyətində 7 dəfə İtaliya çempionu olub. 2018-2019-cu il mövsümündə “Arsenal”ın, 2019-2020-ci illərdə isə “Auqsburq”un heyətində çıxış edən futbolçu 108 dəfə də İsveçrə millisi ilə görüşə çıxıb.

Xəbər 631 dəfə oxundu.