“Beşiktaş” birinci transferini reallaşdırıb
Türkiyəni UEFA Çempionlar Liqasında təmsil edəcək “Beşiktaş” klubu birinci transferini edib.

İstanbul təmsilçisi “Alanyaspor”dan ayrılan Fabrise Nskala ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2017-ci ildən “Alanyaspor”da çıxış edən konqolu müdafiəçi ümumilikdə 116 oyuna çıxıb və 9 məhsuldar ötürmə edib.

Xəbər 621 dəfə oxundu.