“Williams” komandası İspaniyada Roy Nissaniyə şans verəcək
“Williams” komandası Formula 1 İspaniya Qran-Prisinin birinci sərbəst yürüşlərində test sürücüsü Roy Nissaniyə şans verəcək.

İsrailli pilot sərbəst yürüşdə Corc Rasseli əvəz edəcək.

Hazırda Formula 2 üzrə dünya çempionatında “Trident” komandasında çıxış edən israilli sürücü 1 xalla 22 pilot arasında 18-ci yerdədir.

Barselonada Formula 1 bolidi sürəcəyi üçün həyəcanlı olduğunu deyən R. Nissani qeyd edib ki, mənim üçün İsrail bayrağını dalğalandırmaq böyük qürur olacaq. Bunu ən yaxşı formada etmək üçün hazırlaşıram.

Qeyd edək ki, Formula 1 İspaniya Qran-Prisi avqustun 14-16-da təşkil olunacaq.

Xəbər 835 dəfə oxundu.