Həbib Nurməhəmmədov Castin Getji ilə qarşılaşmasının ilin ən yaxşı döyüşü olacağına ümid edir
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu rusiyalı Həbib Nurməhəmmədov amerikalı döyüşçü Castin Getji ilə qarşılaşmasının 2020-ci ilin ən yaxşı döyüşü olacağına ümid etdiyini bildirib.

Bu barədə ESPN kanalının “Instagram” səhifəsində məlumat verilib. H.Nurməhəmmədov və C.Getji arasında döyüş oktyabrın 24-də təşkil olunacaq.

H.Nurməhəmmədov sonuncu döyüşünü 2019-cu ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji bu ilin mayında amerikalı Toni Ferqyusonu texniki nokautla məğlub edib.

Xəbər 600 dəfə oxundu.