“Qarabağ” klubu “Sampdoriya”nın qapıçısını heyətinə qata bilər
Ağdamın “Qarabağ” futbol klubu İtaliyanın “Sampdoriya” komandasının qapıçısı Vid Beletsi transfer etməyə hazırlaşır.

Ağdam təmsilçisi sloveniyalı qapıçını heyətinə qatmaq istəyən klublardan biridir. Klublar razılığa gəlsə, 30 yaşlı qapıçı karyerasını Azərbaycan çempionunda davam etdirəcək. Sloveniyalı əlcək sahibi ötən mövsümü icarə əsasında Kiprin APOEL klubunda keçirib.

O, Nikosiya klubunun heyətində Çempionlar Liqası və Avropa Liqasındakı oyunlarda “Qarabağ”a qarşı oynayıb. Belets ötən mövsüm keçirdiyi 34 oyunda 31 top buraxıb, 16 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

Xəbər 600 dəfə oxundu.