Millimizin futbolçusu Ukrayna klubu ilə müqaviləsini yeniləyib
Ukraynanın “Aleksandriya” klubu Azərbaycan millisinin futbolçusu Pavel Paşayev ilə yeni müqavilə imzalayıb.

32 yaşlı müdafiəçi ilə birillik anlaşma əldə olunub.

Qeyd edək ki, P.Paşayev 2017-ci ildən “Aleksandriya”da çıxış edir.

Xəbər 607 dəfə oxundu.