“Neftçi”nin rəqibi Albaniyanın “Vlazniya” klubunun müdafiəçisini transfer edib
Bakının “Neftçi” futbol klubunun Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın “Şkupi” komandası heyətinə yeni futbolçu cəlb edib.

“Şkupi” Albaniyanın “Vlazniya” klubunun müdafiəçisi Filip Qliqorovu transfer edib.

Məşqçilər korpusu 27 yaşlı oyunçunun avrokubokda komandaya kömək edəcəyinə ümid edir. Filip Qliqorov 2016-ci ildə “Şkupi”də oynayıb.

Qeyd edək ki, “Neftçi”–“Şkupi” matçı avqustun 27-də Bakıda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək. “Şkupi” daha əvvəl Azərbaycan millisinin futbolçusu Elvin Yunuszadəni heyətinə qatıb.

Xəbər 627 dəfə oxundu.