ABŞ-da qadın tennisçilər arasında beynəlxalq turnir davam edir
ABŞ-ın Leksinqton şəhərində qadın tennisçilər arasında beynəlxalq turnir davam edir. Mükafat fondu 225 min ABŞ dolları olan WTA seriyalı turnirdə bütün səkkizdəbir final mərhələsinin iştirakçıları müəyyənləşib. Birinci mərhələdə amerikalıların dueli diqqət çəkib. Serena Uilyams və Bernarda Pera üz-üzə gəliblər. Görüş 2 saat 17 dəqiqə çəkib. Mübarizəyə daha yaxşı başlayan Pera ilk setdə 6:4 hesabı ilə qələbə qazanıb. Sonradan təşəbbüsü ələ alan Uilyams eyni hesabla qalib gələrək tarazlığı bərpa edib. Sonuncu setdə 6:1 hesabı ilə rəqibini məğlub edən Serena Uilyams səkkizdəbir finala yüksəlib.

Növbəti mərhələyə adlayanlar arasında belaruslu Arina Sabalenko, amerikalı Ketrin Kartan Bellis, Cennifer Bredi və digərləri var.

Turnirə avqustun 16-da yekun vurulacaq.

Xəbər 678 dəfə oxundu.