FIFA iki turniri təxirə salıb
FIFA futbol üzrə 2023-cü ildə keçiriləcək Asiya kubokunun və 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının Asiya üzrə seçmə mərhələ oyunlarını təxirə salıb.

Oktyabr və noyabr aylarında keçirilməsi planlaşdırılan oyunların koronavirus səbəbi ilə təxirə salındığı bildirib.

Qeyd edək ki, hər iki turnirdə seçmə mərhələnin oyunları növbəti il keçiriləcək.

Xəbər 603 dəfə oxundu.