MBA-nın müntəzəm çempionatında mübarizə davam edir
Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatında mübarizə davam edir.

Qərb konfransında çıxış edən “Sakramento Kinqz” və “Nyu-Orleans Pelikans” klubları qarşılaşıblar.

Oyun Orlandoda keçirilib və qarşılıqlı hücumlarla başlayan ilk hissədə “Nyu-Orleans Pelikans” üstün olub – 29:27. İkinci dövrədə hücumlarını gücləndirən Sakramento təmsilçiləri böyük fasiləyə 1 xal fərqi ilə irəlidə yollanıblar.

Qarşıdakı hissələrdə isə rəqibi ilə müqayisədə daha yaxşı çıxış edən “Sakramento Kinqz” yekunda qələbə qazanıb – 112:106.

Xəbər 672 dəfə oxundu.