“Neftçi” hazırlığı bərpa edib
Yeni mövsümə hazırlaşan Bakının “Neftçi” futbol klubu iki günlük fasilədən sonra məşqləri bərpa edib.

komanda “Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlıq keçib.

“Neftçi” avqustun 27-də UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşacaq. Oyun “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq. Avqustun 21-də start götürəcək Premyer Liqada yeni mövsümün püşkü isə avqustun 12-də atılacaq.

Xəbər 582 dəfə oxundu.