Sadıq Sadıqov: O, bizim istəyimizə uyğun futbolçudur
“Neftçi” klubunun prezidenti Sadıq Sadıqov paraqvaylı futbolçunun transferinə münasibət bildirib. İdman.com.az saytının xəbərinə görə, “ağ-qaralar”ın rəhbəri bildirib ki, komandasının əsas məqsədi heyətə səviyyəli, gənc və öz ölkələrinin millisində çıxış edən legionerlər cəlb etmək idi:

“Bu komandamızda yer alan gənc yerli futbolçularımızın da xeyrinədir. Erik Fabian Ramos da məhz bizim istəyimizə uyğun futbolçudur. Bununla da transfer çalışmalarımızı müvəqqəti yekunlaşdırırıq. Ümid edirəm ki, Ramos komandamızın gücünə güc qatacaq və öz oyunu ilə azarkeşlərin də rəğbətini qazanacaq”.

Xəbər 989 dəfə oxundu.