Millimizin baş məşqçisi Canni De Byazi “Qarabağ”-“Sabah” oyununu izləyəcək
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi avqustun 11-də “Qarabağ” və “Sabah” komandaları arasında keçiriləcək yoxlama oyununu izləyəcək.

İtaliyalı mütəxəssis “Azersun Arena”da oynanılacaq matça tribunadan canlı tamaşa edəcək.

Altmış dörd yaşlı baş məşqçi daha əvvəl “Bank Respublika Arena”da “Sabah”-“Qəbələ” oyununa (2:0) baxıb.

Qeyd edək ki, “Qarabağ”-“Sabah” görüşü saat 20:00-da start götürəcək. Bu komandalar arasında Qəbələdə baş tutan sınaq matçında Ağdam təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzmuşdu.


Xəbər 622 dəfə oxundu.