Azərbaycan və Rusiya şahmatçıları arasında yoldaşlıq görüşü başlayıb
Azərbaycan və Rusiya şahmatçıları arasında yoldaşlıq görüşü başlayıb.

Sürətli şahmat üzrə keçirilən onlayn yarışda təmsilçilərimiz Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Elmar Atakişiyev, Cahandar Azadəliyev və Mələk İsmayıl mübarizə aparırlar.
On altı yaşadək şahmatçılar arasında keçirilən oyunları “Grand Master” şahmat klubunun baş məşqçisi beynəlxalq qrossmeyster Nicat Mammədov şərh edir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan və Rusiyanın 16 yaşadək şahmatçıları arasında yoldaşlıq görüşündə komandamız məğlub olub.

Xəbər 593 dəfə oxundu.