“Real Madrid” yarımmüdafiəçisini “Vilyarreal”a icarəyə verib
İspaniyanın “Real Madrid” futbol klubu yarımmüdafiəçisi Takefusa Kubanı icarəyə verib.

19 yaşlı yaponiyalı yarımmüdafiəçi növbəti mövsümdə “Vilyarreal”da çıxış edəcək.

Qeyd edək ki, Madrid təmsilçisi T.Kubanı 2019-cu ilin yayında transfer edib. Yarımmüdafiəçi 2019-2020-ci il mövsümünü icarə əsasında “Malyorka”da keçirib.

Xəbər 600 dəfə oxundu.