“Liverpul” yunanıstanlı müdafiəçini transfer edib
İngiltərənin “Liverpul” futbol klubu Yunanıstanın “Olimpiakos” komandasının müdafiəçisi Konstantinos Tsimikası transfer edib.

24 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Yunanıstanlı müdafiəçi yeni klubunda 21 nömrəli forma geyinəcəyi bildirilib.

Britaniya mətbuatı bu transfer üçün “Liverpul”un 13 milyon avro təzminat ödədiyini yazıb.

Qeyd edək ki, K.Tsimikas 2019-2020-ci il mövsümündə Yunanıstan çempionatında 20 matçda 5 qol vurub.


Xəbər 599 dəfə oxundu.