UEFA Avropa Liqasının ikinci yarımfinalçısı məlum olub
Avqustun 10-da UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin ikinci oyunu keçirilib.

Kölndə İngiltərənin “Mançester Yunayted” komandası isə Danimarkanın "Kopenhagen"i üz-üzə gəlib. Əsas vaxt qolsuz yekunlaşıb. Nəticədə əlavə vaxt təyin olunub. Görüşün taleyini 95-ci dəqiqədə "qırmızı şeytanlar"ın yeni transferi Brunu Fernandeşin penalti qolu həll edib - 1:0.

Beləliklə, avqustun 17-də Düsseldorfda keçiriləcək ikinci yarımfinal görüşündə "İnter" və "Mançester Yunayted" üz-üzə gələcək. Avqustun 16-da Kolndə təşkil olunacaq ilk yarımfinal cütünün tərkibi isə bu gün müəyyənləşəcək. Duysburqdakı "MSV Arena"da İngiltərənin "Vulverhempton" klubu İspaniyanın "Sevilya" komandası ilə üz-üzə gələcək. Gelzenkirxendəki "AufŞalke Arena"da isə Ukraynanın "Şaxtyor" klubu İsveçrənin "Bazel" komandasını ilə qarşılaşacaq.

Xəbər 493 dəfə oxundu.