“Sabah” yoxlama matçında “Qəbələ”ni məğlub edib
Avqustun 10-da Azərbaycan Premyer Liqasının təmsilçiləri "Sabah" və "Qəbələ" yoxlama oyunu keçiriblər.

"Əlincə Arena"da oynanılan matçda Bakı təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Komandanın qollarını Abbas Ağazadə və Məhəmməd Mirzəbəyov vurub.

Qeyd edək ki, “Sabah” bundan əvvəl Qəbələdə təlim-məşq toplanışı çərçivəsində “Qarabağ”ı (2:1), “Sumqayıt”ı (1:0), "Neftçi"ni (5:2) məğlub edib, "Qəbələ" isə "Zirə" ilə heç-heçə (0:0) edib, "Səbail"ə uduzub (1:2), "Sumqayıt"a qalib (2:1) gəlib.

Xəbər 581 dəfə oxundu.