“Neftçi”nin Avropa Liqasındakı rəqibi millimizin sabiq futbolçusunu transfer edib
Azərbaycan millisinin sabiq futbolçusu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib.

28 yaşlı müdafiəçi Şimali Makedoniyanın "Şkupi" komandasına keçib. Klub hələlik onunla imzalanan müqavilənin detallarını açıqlamayıb.

“Şkupi” klubu “Neftçi”nin Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibidir. “Neftçi”-“Şkupi” matçı avqustun 27-də “Bakcell Arena”da keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.

Qeyd edək ki, futbolçu “Neftçi” və “Qarabağ” klublarında da çıxış edib.

Xəbər 599 dəfə oxundu.