Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri bəlli olub
2020/2021-ci il mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib.

Mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq “Neftçi” Şimali Makedoniyanın “Şkupi”, “Sumqayıt” Şimali Makedoniyanın digər təmsilçisi “Şkendiya”, “Keşlə” isə Albaniyanın “Laçi” komandası ilə qarşılaşacaq.

Püşkatmaya əsasən təmsilçilərimiz oyunlarını öz meydanında keçirəcəklər.

COVID-19 pandemiyası ilə əlaqədar bir oyundan ibarət olacaq qarşılaşmalar avqustun 27-də keçiriləcək.

© Materiallardan istif

Xəbər 627 dəfə oxundu.