Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Bakıya gəlib
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi avqustun 10-da Bakıya gəlib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, baş məşqçi avqustun 10-da “Əlincə Arena”da keçiriləcək “Sabah”-“Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.

Canni De Byazi COVID-19 testi verib və testin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.

Baş məşqçi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.

Xəbər 573 dəfə oxundu.