Şahmatçımız “World Open” beynəlxalq turnirində altıncı yeri tutub
Onlayn qaydada keçirilən “World Open” beynəlxalq şahmat turnirinə yekun vurulub.

Azərbaycan təmsilçisi Qədir Hüseynov turnirdə 9 turdan 6,5 xal toplayaraq 6-cı sırada qərarlaşıb. Turnirin qalibi 7,5 xalla Hindistan təmsilçisi Panneerselvam İniyan olub.

İsveçrə sistemi üzrə keçirilən yarışda 122 şahmatçı iştirak edib ki, onlardan da 30-u qrossmeyster olub.

Xəbər 601 dəfə oxundu.