“Sumqayıt” millimizin hücumçusu ilə yollarını ayırıb
“Sumqayıt” futbol klubu ilə müqaviləsi başa çatan Amil Yunanov komandadan ayrılıb.

Komanda 27 yaşlı hücumçuya yeni müqavilə təklif etməyib. 2011/2012-ci il mövsümündən Premyer Liqada mübarizə aparan “Sumqayıt”ın ən sərrast futbolçusu A.Yunanovdur.

Komandada ümumilikdə 91 oyuna çıxan millimizin üzvü 28 qolla klub tarixinin ən çox qol vuran futbolçusudur.

Xəbər 628 dəfə oxundu.