Monteneqro yığması Azərbaycan millisini “Podgorica City Stadium”da qəbul edəcək
Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Monteneqronun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

Faruk Hacibeqiçin baş məşqçi olduğu komanda oktyabrın 10-da Azərbaycan yığmasını “Podgorica City Stadium”da qəbul edəcək.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. Komanda C Liqasının 1-ci qrupunda Kipr yığması ilə də qarşılaşacaq. Monteneqronun turnirdəki ilk iki matçı səfərdə olacaq.

Xəbər 642 dəfə oxundu.