Ümumdünya Şahmat Olimpiadası: Üçüncü divizionun oyunlarına yekun vurulub
Avqustun 9-da Ümumdünya Şahmat Olimpiadasının üçüncü divizionunda oyunlarına yekun vurulub.

Yekun nəticələrə görə, ilk 3 yerdə qərarlaşan 15 komanda 2-ci diviziona vəsiqə qazanıb.

Belə ki, A qrupunda Sinqapur, İrlandiya, Albaniya, B qrupunda Portuqaliya, IPCA, Şotlandiya, C qrupunda Belçika, İordaniya, Tailand, D qrupunda Çili, Boliviya, Danimarka, E qrupunda isə Meksika, Kosta-Rika, Qvatemala növbəti divizionda mübarizə aparacaqlar.

Qeyd edək ki, 3-cü divizionda 50 komanda mübarizə aparıb.

Xatırladaq ki, turnirə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Olimpiada avqustun 30-dək davam edəcək.

Xəbər 823 dəfə oxundu.