Şahmatçılarımız Türkiyə komandası ilə dostluq görüşündə daha iki turu qələbə ilə başa vurublar
Azərbaycan və Türkiyə milli komandaları arasında “Bir millət, iki dövlət” şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşünün ikinci günündə komandamız uğurlu çıxışını davam etdirib.

Yarışın ilk günündə iki partiyanın oyunlarında üstünlüyü ələ alan yığmamız, daha iki turu qələbə ilə başa vurub. Dörd turun nəticəsinə şahmatçılarımız qardaş ölkənin komandasına 16,5:7,5 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, reqlamentə görə, hər partiyaya 15 dəqiqə vaxt verilir və hər gedişə 5 saniyə əlavə olunur. Turnirə avqustun 10-da yekun vurulacaq.

Xəbər 598 dəfə oxundu.