Maks Ferstappen Formula 1-in 70-ci ildönümü Qran-Prisinin qalibi olub
“Red Bull”un pilotu Maks Ferstappen Formula 1–in 70-ci ildönümü Qran-Prisinin qalibi olub.

Niderlandlı sürücü mövsümdə ilk qələbəsini Böyük Britaniyadakı Silverstoun avtodromunda keçirilən yarışda qazanıb.

Əlli iki dövrəlik mübarizədə ikinci yeri “Mercedes” pilotu Luis Hamilton tutub. Üçüncü yeri isə britaniyalı sürücünün komanda yoldaşı Valtteri Bottas əldə edib.

Pilotların siyahısına 107 xalla L.Hamilton başçılıq edir. M.Ferstappen 77 xalla ikinci, V.Bottas isə 73 xalla üçüncü pillədə qərarlaşıblar.

Növbəti yarış avqustun 16-da yenidən İspaniyada təşkil olunacaq.

Xəbər 593 dəfə oxundu.