"Neftçi" PFK sabah ilk yoxlama matçını keçirəcək
Hazırlığı Avstriyada davam etdirən "Neftçi" PFK sabah ilk yoxlama matçını keçirəcək.

İdman.com.az saytının məlumatına görə, rəqib Rusiya Premyer Liqasında çıxış edən "Krasnodar" klubu olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, əvvəldən "Neftçi" nin "Starnberq" klubu ilə oyunu planlaşdırılsa da, onlar Almaniya təmsilçisindən daha güclü olan "Krasnodar" la oynamağa üstünlük verib.

Xəbər 978 dəfə oxundu.