Şahmat üzrə şirkətlərarası ilk dünya çempionatı keçiriləcək
Noyabrın 27-dən 29-dək onlayn formatda şahmat üzrə ilk şirkətlərarası dünya çempionatı keçiriləcək.

Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytında məlumat verilib.

Məlumatda qeyd edilib ki, çempionatda hər birinin heyətində dörd şahmatçı olan komandalar mübarizə aparacaqlar. Komandaların üzvlərindən ən azı biri qadın şahmatçı olmalıdır. Bundan əlavə, komandada yalnız bir peşəkar oyunçunun (FIDE reytinqi 2500-dən yuxarı) iştirakına icazə verilir. Hər matçda iştirak edəcək heyətdə oyunçulardan ən azı üçü təmsil etdiyi şirkətin işçiləri olmalıdır.

Qalib gələn komanda 2021-ci ilin oktyabrında Barselonada keçiriləcək ikinci şirkətlərarası dünya çempionatına dəvət ediləcək.


Xəbər 744 dəfə oxundu.