Sədərək rayonunda ümumtəhsil məktəbliləri arasında velosiped idman yarışı üzrə birincilik keçirilib
Sədərək Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının yerli bölməsinin və Sədərək Rayon Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbliləri arasında 5 min metr məsafədə velosiped idman yarışı üzrə rayon birinciliyi keçirilib.

Birincilikdə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və idman məktəbinin şagirdləri iştirak ediblər.

Əvvəlcə uşaq-gənclər idman məktəbinin direktoru Nizami Bağırov şagirdlərə yarışın keçirilmə qaydaları haqqında məlumat verib.

Maraqla keçən oyunun yekun nəticələrinə əsasən, Sədərək rayon Qaraağaç kənd tam orta məktəbinin XI sinif şagirdi İsmayıl Əliyev birinci, Sədərək kənd 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Dövran Əhmədov ikinci, Sədərək kənd 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Yasin Dünyamalıyev isə üçüncü yerin qalibi olub. Bundan əlavə, ümumtəhsil məktəblərinin 6 şagirdi həvəsləndirici yerə layiq görülüblər.

Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və pul mükafatları verilib.

Xəbər 903 dəfə oxundu.