“Rally Estonia” avtomobil yarışları sentyabr ayında baş tutacaq
“Ralli Estonia” avtomobil yarışları bu il sentyabrın əvvəlində keçiriləcək.

Bunu Estoniyanın Mədəniyyət naziri Tınis Lukas mətbuat konfransında açıqlayıb.

“Ralli olduqca təhlükəsiz şəraitdə keçiriləcək. Lakin azarkeşlərin iştirakı ilə bağlı qərarlar zamanı gəldikdə qəbul ediləcək”, – deyə T. Lukas söyləyib.

Estoniyanın Baş Naziri Yuri Ratas yarışın ölkəsi üçün olduqca mühüm tədbir olduğunu qeyd edərək deyib: “Hesab edirəm ki, idmançılardan hazırda olduqları ölkələrdə analiz götürmək məqbul olardı. Analizin nəticəsinin neqativ olması idmançıların 14 gün ərzində karantində qalmamasını təmin edəcək”.

Estoniyada ilk dəfə təşkil olunacaq “Rally Estonia” avtomobil yarışları üzrə dünya çempionatının mərhələsi sentyabrın 4-6-da Tartu, Otepya, Elva, Kanepi və Kambya şəhərlərinin traslarında keçiriləcək.

AZƏRTAC

Xəbər 941 dəfə oxundu.