“Keşlə” ukraynalı futbolçu ilə müqavilə imzalayıb
Bakının “Keşlə” klubu ukraynalı futbolçu Dmitro Klots ilə müqavilə imzalayıb.

24 yaşlı yarımmüdafiəçi yeni mövsümün sonunadək Bakı komandasının şərəfini qoruyacaq.

Qeyd edək ki, futbolçu karyerası ərzində yalnız Ukraynanın “Karpatı” klubunda çıxış edib. O, 5 il ərzində Ukrayna Premyer Liqası çərçivəsində 106 oyun keçirib və 1 qol vurub.

Xəbər 769 dəfə oxundu.