Lənkəran və Sədərək şahmatçıları arasında yoldaşlıq görüşü keçirilib
Təhsil Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin komandası ilə Naxçıvan Muxtar Respublikası Sədərək rayonu şahmat məktəbinin idmançıları arasında yoldaşlıq görüşü keçirilib.

16 yaşadək şahmatçıların iştirak etdikləri yarışda Lənkəran təmsilçiləri qalib gəliblər.

Turnir “Lichess.org” platforması üzərindən onlayn formatda təşkil olunub.

Xəbər 873 dəfə oxundu.