“Qarabağ”ın sabiq qapıçısı Super Liqa klubu ilə anlaşıb
Türkiyə Super Liqasına vəsiqə qazanan “Ərzurumspor”la müqaviləsi başa çatan İbrahim Şehiç komandadan ayrılıb.

“Qarabağ”ın sabiq bosniyalı qapıçısı Super Liqaya yüksələn digər klub “Hatayspor”la anlaşıb.

Şehiç ötən mövsüm keçirdiyi 34 oyunda 26 top buraxıb, 16 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

Otuz bir yaşlı qapıçı 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra “Ərzurumspor”a keçmişdi.

Xəbər 744 dəfə oxundu.