XXXII Ümumdünya Yay Universiadasının loqotipi və talismanı seçilib
Rusiyanın Yekaterinburq şəhərində 2023-cü ildə keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının Təşkilat Komitəsi yarışın loqotipini və talismanını seçib.

Bu barədə təşkilat komitəsindən məlumat verilib. Loqotip və talismanlar 2020-ci ilin payızında Yekaterinburqda keçiriləcək “Rusiya idman ölkəsi” beynəlxalq idman forumunda təqdim ediləcək.

Xatırladaq ki, ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

Xəbər 748 dəfə oxundu.