MBA: “Miluoki Baks” Şərq konfransında liderliyini möhkəmləndirib
Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatında növbəti oyun keçirilib.

Şərq konfransının lideri “Miluoki Baks” “Mayami Hit” ilə qarşılaşıb. Orlandoda keçirilən oyuna daha yaxşı başlayan Mayami təmsilçisi ilk iki hissədə rəqibini məğlub edərək böyük fasiləyə 17 xal fərq ilə öndə yollanıb - 73:56. Sonradan əzmkar oyun nümayiş etdirən “Miluoki Baks” üçüncü hissədə qalib gəlib. Görüşün sonlarında “Baks” hətta irəli keçməyi bacarıb. Görüş “Miluoki Baks”ın 130:116 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün ən yaxşı basketbolçusu Miluoki komandasının heyətindən Kris Midlton olub. O, 33 xal , 6 ribaund, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 826 dəfə oxundu.