Dördqat dünya çempionu Sebastyan Fettelin yeni komandası müəyyənləşib
Formula 1 üzrə dördqat dünya çempionu Sebastyan Fettelin yeni komandası müəyyənləşib.

Almaniyalı sürücü “Racing Point”lə üçillik müqavilə bağlayacaq. Onun “Ferrari” komandası ilə müqaviləsi cari mövsümün sonunda yekunlaşacaq. Otuz üç yaşlı idmançı Serxio Peresi əvəzləyəcək.

Qeyd edək ki, “Racing Point” gələn ildən “Aston Martin” adlanacaq.

Xəbər 780 dəfə oxundu.