“Qarabağ” klubu “Sabah” ilə yoxlama oyununda gücünü sınayacaq
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Ağdamın “Qarabağ” klubu yeni mövsümə hazırlıq məqsədi ilə daha bir yoxlama oyunu keçirəcək.

Ağdam təmsilçisi “Sabah”la qarşılaşacaq. Avqustun 11-də keçirilməsi planlaşdırılan görüş Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

Qeyd edək ki, “Qarabağ” Qəbələdə təlim-məşq toplanışı çərçivəsində “Sabah”a 1:2 hesabı ilə uduzmuşdu.

Xəbər 778 dəfə oxundu.