UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulub
UEFA Avropa Liqasının dörddəbir finalına yüksələn bütün komandaların adları müəyyənləşib.

Səkkizdəbir final mərhələsinin son cavab görüşləri nəticəsində bu hüquqa İngiltərənin “Vulverhempton” və İsveçrənin “Bazel” komandaları da yiyələnib.

“Vulverhempton” Yunanıstanda 1:1 hesablı heç-heçə etdiyi “Olimpiakos” (Yunanıstan) komandanı öz meydanında minimal hesabla üstələyib. Yeganə qolu 8-ci dəqiqədə penaltidən Raul Ximenes vurub.

“Bazel” isə Almaniyada 3:0 hesabı ilə darmadağın etdiyi Frankfurtun “Ayntaxt” komandasına evdə qalib gəlib - 1:0. Oyunun 87-ci dəqiqəsində Fabian Frayın vurduğu qol oyunda yeganə olub.

Beləliklə, dörddəbir finalda görüşəcəklər:

“Vulverhempton” (İngiltərə) – “Sevilya” (İspaniya);
“Şaxtyor” (Ukrayna) – “Bazel” (İsveçrə);
“İnter” (İtaliya) – “Bayer” (Almaniya);
“Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka).

Oyunlar avqustun 10-11-də Almaniyanın 4 şəhərində təşkil olunacaq.


Xəbər 759 dəfə oxundu.