Caner Erkin “Beşiktaş”dan ayrılıb
İstanbulun “Beşiktaş” futbol klubunun müdafiəçisi Caner Erkin klubdan ayrılıb.

31 yaşlı müdafiəçi “Instagram” səhifəsində İstanbul təmsilçisinin rəhbərliyinə, komandaya və azarkeşlərə təşəkkür edib. C.Erkinin 2010-2016-cı illərdə çıxış etdiyi “Fənərbağça”ya qayıdacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə millisinin üzvü 2016-cı ildən “Beşiktaş”da oynayırdı. O, cari mövsümdə 30 matça çıxaraq 3 qol vurub və 11 məhsuldar ötürmə edib.

Xəbər 762 dəfə oxundu.